Vaşinqton Post: ‘Tramp rəhbərliyi Səudiyyə rejiminin cinayətlərinə şərikdir’ 25 Aprel 2019 14:22 Yəmən Amerikanın Vaşinqton Post (WP) qəzetinin nəşriyyat heyətinin qələmə aldığı baş məqalədə, Yəməndəki müharibədə xeyli sayda dinc sakinin ölümünə səbəb olan Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya dəstək verən ABŞ rəhbərliyinin, cinayətə şərik olduğu bildirilib. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Vaşinqton Post qəzeti “Tramp rəhbərliyi Səudiyyə rejiminin qətliamlarının cinayətkar tərəfdaşıdır” adlı bir məqalə yayıb. Səudiyyə rejiminin koalisiyasının martın 26-dan etibarən Kitafda bir xəstəxananı və Sənada bir məktəbi bombaladığı və bu hücumlarda 12 uşaq olmaqla ən azı 21 dinc sakinin həyatını itirdiyi xatırladılan məqalədə, BMT istintaqında saysız-hesabsız müharibə cinayətinin təsbit edildiyi vurğulanıb: “Prezident Tramp ABŞ-ın Yəməndəki müharibəyə dəstəyini dayandıracaq qanun layihəsini veto edərək, bu qeydləri heçə saydı. Prezident sözügedən layihənin öz konstitusion nüfuzunu zəiflətdiyini və Yəməndə Səudiyyə rejimi koalisiyasında iştirak edən heç bir ABŞ əsgərinin olmadığı səbəbilə layihəni lazımsız olduğunu iddia etdi”. Məqalədə ABŞ-ın Səudiyyə rejiminə etdiyi logistik dəstəyin və kəşfiyyat məlumatlarının, Tramp tərəfindən bölgədəki düşmənçiliklərlə əlaqədar olmadığı bildirilib: “Əslində Səudiyyə rejiminin bombardmanları ABŞ-ın dəstəyi, bomba satışı və digər avadanlıqların təmini olmadan davamlı ola bilməzdi. Bu Tramp rəhbərliyini sonuncu dəfə məktəb və xəstəxana bombardmanında olduğu kimi, Yəməndə davam edən qətliamlarda cinayətə şərik edir. Həmçinin Konqres xarici siyasətdəki hədsiz laqeydli davranışı ilə içəridəki bənzərsiz təzyiqi ilə üst-üstə düşən vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən idarə olunan Səudiyyə rejimilə əlaqələrində ABŞ-ın bir siyasət dəyişikliyinə getməsi üçün başqa bir yol tapmalıdır”. Teqlər : #Vaşinqton,#Post:,#‘Tramp,#rəhbərliyi,#Səudiyyə,#rejiminin,#cinayətlərinə,#şərikdir’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Müharibə Yəməni inkişafdan azı 20 il geri salıb Qəzza zolağının şərqindəki nümayişlərdə 60 nəfər yaralanıb (FOTO )
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'