BMT: Müharibə Yəməni inkişafdan azı 20 il geri salıb 24 Aprel 2019 14:03 Yəmən Müharibə Yəməni azı 20 il geri salıb. Maide.Az "FaktXeber"-a istinadla verdiyi məlumatına görə, bu barədə BMT-nin İnkişaf proqramının sifarişi ilə həyata keçirilən araşdırmada bildirilib. Hesabatda deyilir ki, əgər müharibə bu il qurtarsa, o zaman iqtisadi itkilər 88,8 milyard dollar təşkil edəcək. Münaqişə 2030-cu ilə kimi davam eləsə, bu əhalinin 71 faizinin hədsiz yoxsulluğuna, 84 faizinin isə aclığına gətirəcək, iqtisadi itkilər 657 milyard dollar təşkil edəcək. Qurumun Yəməndəki nümayəndəsi Auke Lutsma bəyan edib ki, hətta sabah sülh olsa belə, Yəmənin münaqişədən əvvəlki dövrə qayıtması üçün neçə on illiklər lazımdır. Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar. Teqlər : #BMT:,#Müharibə,#Yəməni,#inkişafdan,#azı,#geri,#salıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsarullah: 'Ərəb rejimləri Fələstin məsələsinin yatması üçün çox tələsir' Vaşinqton Post: ‘Tramp rəhbərliyi Səudiyyə rejiminin cinayətlərinə şərikdir’
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'