İran prezidenti Avropa ölkələrini ABŞ-a təzyiq göstərməyə çağırıb 16 Sentyabr 2017 01:00 Dünya "Avropalılar amerikalılara ciddi mesaj verməlidirlər". APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nyu-York səfərindən öncə jurnalistlərə açıqlamasında deyib. BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün sabah Nyu-Yorka yollanacaq H. Ruhani Avropa ölkələrini İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı ABŞ-a xəbərdarlıq etməyə çağırıb. H. Ruhani bu gün Belçika parlamentinin spikeri ilə görüşdə də bu məsələyə toxunub. O, ABŞ-ın HBFP üzrə öhdəliklərini pozduğunu deyib: "Avropa İttifaqından istəyirik ki, HBFP ilə bağlı öhdəliyini tam yerinə yetirsin və ABŞ-a bu planla bağlı öhdəliyini yerinə yetirmək üçün təzyiq göstərsin". H. Ruhani tərəflərin üzərinə götürdükləri öhdəliyin icrasının zəruriliyini vurğulayıb. O həmçinin qeyd edib ki, Tehran Avropa İttifaqı ölkələri ilı əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Teqlər : #İran prezidenti Avropa ölkələrini ABŞa təzyiq göstərməyə çağırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejiminin müxalifləri “15 sentyabr” mitinqini keçirib - VİDEO Dünyada aclıq çəkənlərin sayı nə qədərdir?
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO