Dünyada aclıq çəkənlərin sayı nə qədərdir? 18 Sentyabr 2017 01:00 Dünya Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və Dünya Sağlamlıq Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti 2017 hesabatı”na görə iki il öncə dünyada qida çatışmazlığından əziyyət çəkənlərin sayı 777 milyon idisə, ötən il bu rəqəm 815 milyona yüksəlib. Aclıqla üzləşən insanların çoxu müharibələrin getdiyi ölkələrdə məskunlaşıb. FAO dünyada iqlim dəyişkənliyi və müharibələrin aclıq səviyyəsini artırdığını bəyan edib. Asiya qitəsində təxminən 520 milyon, Afrikada 243 milyon, Latın Amerikası və Karib dənizi bölgəsində 42 milyondan çox sakin aclıqdan əziyyət çəkir. Hesabata görə, Afrikanın 20, Asiyanın 11,7, Latın Amerikası və Karib dənizi bölgəsinin 6,6 faizi qida çatışmazlığı ilə üz-üzədir. (axar.az) / Teqlər : #Dünyada aclıq çəkənlərin sayı nə qədərdir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran prezidenti Avropa ölkələrini ABŞ-a təzyiq göstərməyə çağırıb İsfahanda bomba zərərsizləşdirilib - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO