Qəzza “Böyük Qayıdış Yürüşü”nü davam etdirir 13 Aprel 2018 01:00 Fələstin -- 445-i uşaq, 152-si qadın olmaqla isə 3088 nəfər yaralanıb Bu gün Fələstin xalqı Qəzzada “Böyük Qayıdış Yürüşü” çərçivəsində sərhədə doğru yenidən hərəkət keçib. Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, minlərlə fələstinlinin sərhəddə dinc nümayişinə işağlçı sionist İsrail rejimi tərəfindən sərt müadaxilələr edilir. Toqquşmalar nəticəsində 8 fələstinli yaralanıb İşğalçı rejimin Müdafiə Ordusunun rəsmi nümayəndəsi bildirib ki, hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər. 30 martdan bu günə qədər 33 nəfər şəhid olub. Onlardan 30-u 18 yaşdan kiçikdir. 445-i uşaq, 152-si qadın olmaqla isə 3088 nəfər yaralanıb. Bundan başqa, 1 jurnalist öldürülüb, 14-ü isə yaralanıb. Qeyd edək ki, nümayişləri daha 4 həftə davam edəcəyi gözlənilir. Teqlər : #Qəzza Böyük Qayıdış Yürüşünü davam etdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada şəhid olanların sayı 33 nəfərə çatıb Qəzzada xəstəxanalar dərmanlara möhtac qalıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar