Qəzzada şəhid olanların sayı 33 nəfərə çatıb 13 Aprel 2018 01:00 Fələstin -- 3000 -dən çox yaralı İşğalçı İsrail əsgərlərinin Qəzza sərhəddində dink aksiya keçirən fələstinlilərə atəş açması nəticəsində daha bir gənc şəhid olub. Maide.Az “Dünya Bülteni”-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Eşrəf əl-Kudranın verdiyi yazılı açıqlamada bildirilir ki, bu gün Qəzzanın şərqində sərhəddə işğalçı İsrail rejiminin əsgərlərinin açdığı atəş nəticəsində yaralanan 28 yaşlı Abdullah Muhəmməd Əş-Şəhri Xan Yunus xəstəxanasında şəhid olub. Məlumatda bildirilir ki, onun şəhid olması ilə martın 30-dan keçirilən “Böyük Qayıdış Yürüşü” aksiyalarında şəhid olan fələstinlilərin sayı 33 nəfərə çatıb, yaralananların sayı isə 3088-ə çatıb. Qeyd edək ki, 1948-ci ildə içğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib. Teqlər : #Qəzzada şəhid olanların sayı 33 nəfərə çatıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Radikal yəhudilər İordan çayının Qərb sahilində məscidi yandırıblar Qəzza “Böyük Qayıdış Yürüşü”nü davam etdirir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar