Gizli potensiallardan istifadə etməklə problemləri həll edə bilərik - Ayətullah Xamenei (FOTO) 14 Noyabr 2018 14:17 İslam lideri “Bizim hamımız, xüsusilə gənclər əlil və veteran idmançılardan ibrət dərsi almalı, öz gizli potensialımızdan istifadə edərək inkişaf etməli, dünya və axirət səadətini qazanmalıyıq”. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu İndoneziyanın Cakarta şəhərində keçirilən Asiya paraolimpiya oyunlarında medal qazanmış əlil və veteran idmançılarla görüşü zamanı Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib. Ali Rəhbər idman yarışlarında medal qazanmış əlil, və veteran idmançılara təşəkkür edərək bildirib ki, idmanda qəhrəmanlıq qazanmağın hər bir ölkə üçün dəyərdir və paraolimpiya oyunlarında iştirak edən idmançılar ölkənin üzünü ağ edib. “Siz öz dəyərli uğurunuzla göstərdiniz ki, əgər bir insan və ya bir ölkə öz gizli qalmış potensialını istifadə edərsə, mütləq bu böyük uğur və inkişafa zəmin yaradacaq. Bu gün ən böyük problemlərdən biri ölkədə olan geniş potensiallardan istifadə edilməməsidir. Əgər bu potensiallardan düzgün istifadə olunarsa, iqtisadi problemlərin çoxu öz həllini tapacaq.” Ayətullah Xamenei deyib ki, bu gün dünyada müharibələr “İradələrin müharibəsi”dir. “Siz öz dəyərli işinizlə göstərmisiz ki, güclü iradə və gücə sahibsiz.” Teqlər : #Gizli,#potensiallardan,#istifadə,#etməklə,#problemləri,#həll,#edə,#bilərik,#Ayətullah,#Xamenei,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru "ABŞ 40 il əvvəlkindən daha zəifdir" - Ayətullah Xamenei - FOTO Müstəqil və güclü İraq bizim üçün çox əhəmiyyətlidir - Ayətullah Xamenei -FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB