"ABŞ 40 il əvvəlkindən daha zəifdir" - Ayətullah Xamenei - FOTO 03 Noyabr 2018 15:45 İslam lideri “ABŞ-ın 15 trilyon dollar xarici borcu, 800 milyard dollar büdcə çatışmamazlığı var.” Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei 4 noyabr “'Beynəlxalq imperializmlə milli mübarizə günü” münasibətilə şagird və tələbələrlə görüşü zamanı deyib. Ayətullah Xamenei bildirib ki, 40 ildir ABŞ və İran arasında problem yaşanır. “Düşmən ölkəmizə qarşı hərbi, iqtisadi və informasiya müharibəsi yürüdüb. Əsas məqsədləri isə tağut rejimi dövründəki hakimiyyəti geri almaq olub, lakin bacarmayıb. Önəmli bir həqiqət budur ki, son 40 ildə məğlub tərəf İran deyil, ABŞ-dır.” Bu gün ABŞ-ın 40 il bundan öncəkindən daha zəif olduğunu diqqətə çatdıran Ayətullah Xamenei yeni prezidentiin liberal-demokratların qalan abırını da apardığını qeyd edib. “Amerikalılar bəzən, xalqların müstəqillik tələb etmələrini bizdən bilir və təhdid edərək deyirlər ki, “'əgər filan qonşu ölkənin cavanları qüvvələrimizə hücum etsə biz bu barədə sizi günahlandıracağıq. Siz qələt edib bizi günahlandıracaqsınız! İraq, Suriya, Livan, Əfqanıstan və Pakıstan xalqlarının sizə nifrət etməsinin bizə nə aidiyyatı var?” Ali Rəhbər ABŞ-ın tətbiq etdiyi sanksiyaların hədəfinin ölkə iqtisadiyyatını ilflic etmək olduğunu qeyd edib. Bildirib ki, nəticə əksinə oldu. “İran xalqı uzun illər idi ki, hər şeyin idxalına adət etmişdi. İndi isə hər şeyi istehsal etməyə başlayıb.” Ayətullah Xamenei bildurib ki, ABŞ-ın iqtisadi və hərbi gücü də zəiflıyir.” ABŞ -ın hərbi qüvvələri bu gün başlarını itirib, elə buna görədir ki, hərbi əməliyyatlarda blak vater kimi təşkilatlardan istifadə edirlər. İqtisadi sahədə də bu cürdür. 15 trilyon dollar borcu və 800 milyard dollar büdcə çatışmamazlığı var.” Teqlər : #ABŞ,#əvvəlkindən,#daha,#zəifdir,#Ayətullah,#Xamenei,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak edib - FOTO Gizli potensiallardan istifadə etməklə problemləri həll edə bilərik - Ayətullah Xamenei (FOTO)
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB