Zakir Həsənovdan orduya sərt xüsusi tapşırıq 28 İyun 2014 01:00 Hərb `Ermənistana onqat cavab verilsin` Müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduya Ermənistan tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə tapşırıq verib. Trend xəbər verir ki, son zamanalar Azərbaycan-Ermənistan cəbhəsində qoşunların təmas xəttində sakitlik daim pozulur. Ermənistan silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də işğal etdikləri Azərbaycan ərazilərində mövqelərimizi, eləcə də mülki vətəndaşları atəşə tuturlar. Verilən hər itkiyə Azərbaycan tərəfi düşmənə adekvat tədbirlərin görülməsi ilə cavab verir. Cəbhə xəttinin bir hissəsinin yaşayış məntəqələrimizin yaxınlığında olmasından istifadə edərək son zamanlar düşmən mülki əhalimizi atəşə tutur. Ona görə də belə vəziyyətlərdə bəzən uşaqları, qadınları və qocaları qorumaq mümkün olmur. Trend-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib. Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib. Teqlər : #Zakir Həsənovdan orduya sərt xüsusi tapşırıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan ordusu Ermənistana raket atdı `3 rayon geri qaytarılır`
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'