YUNİSEF Yəməndə bir xəstəxanada ölüm riski altında olan 59 uşağın olduğunu açıqlayıb

YUNİSEF Yəməndə bir xəstəxanada ölüm riski altında olan 59 uşağın olduğunu açıqlayıb

Yəmənin liman şəhəri Hudeyda şəhərindəki böyük xəstəxanadakı vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Uşaqlar Fondu (YUNİSEF) xəbərdarlıq edib. 
 
Maide.Az "eastnews.org"-a istinadla xəbər verir ki, BMT-nin rəsmi internet saytında yayımlanan məlumatda bildirilir ki, müharibə tərəfləri tibbi mərkəzin yaxınlığında hərbi əməliyyatları dayandırmalı, ehtiyacı olanlara müalicə vasitələrindən istifadə etməyə icazə verilməlidir. 
 
YUNİSEF-in icraçı direktoru Henrietta qeyd edib ki, "əl Tavra" xəstəxanasındakı uşaqların vəziyyəti ağırdır:
 
"Regionda yeganə işləyən xəstəxanaya gedənlərin işi əlverişsizdir. Hazırda xəstəxanadakı 59 uşaq, o cümlədən reanimasiya şöbəsində 25 nəfər müalicə olunur. Biz bütün tərəfləri xəstəxananın yaxınlığında və ətrafında hərbi əməliyyatları dayandırmağa çağırırıq". 
 
 Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.  

Google+ WhatsApp ok.ru