YUNESKO Səudiyyə rejiminin Yəmənin tarixi abidələrinə hücumunu pisləyib 04 İyun 2015 01:00 Yəmən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Səudiyyə rejiminin Yəmənin tarixi abidələrinə qarşı hava hücumlarını pisləyib. Maide.az xəbər verir ki, Sin-Xua xəbər agentliyinin məlumatına görə, YUNESKO-nun baş direktoru İrina Bokova Yəmənin Marəb tarixi abidələrinə qarşı hava hücumlarını pisləyərək, bu hücumların dayandırılmasını tələb edib. Bokovanın sözlərinə görə, bəzi informasiya qaynaqları YUNESKO-nun başçılarına məlumat veriblər ki, mayın 31-də Marəb tarixi abidələrinə qarşı edilmiş hava hücumlarında böyük xəsarətlər törənib. Əldə olunan məlumatlara görə, bu hücumlarda Marəb su bəndinin divarlarına həkk olunmuş qədim əlyazmaları ziyan görüb. Bu hadisə Zəmmar vilayətində yerləşən Zəmmar Milli Muzeyinin tam şəkildə dağılmasından sonra baş verib. Həmin muzeydə təqribən on iki min beş yüz illik tarixi abidə saxlanılırdı./ Teqlər : #YUNESKO Səudiyyə rejiminin Yəmənin tarixi abidələrinə hücumunu pisləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə qırıcılarının hücumunda 42 şəhid və yaralı Yəməndə 115-dən çox təhsil müəssisəsi dağıdılıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'