Yüksək dollarlaşma...

Yüksək dollarlaşma...

“Novoye Vremya” qəzetində ““Moodyus” dollarlaşmanı nəzərə çatdırır” sərlövhəli məqalədə Azərbaycan banklarının problemləri təhlil edilir.
 
Yazının əvvəlində Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasından bəhs edilir. Müəllif xatırladır ki, bu günlər ölkə rəsmiləri bu prosesi uğurla keçəcəyini bildiriblər. Yazıda bu arxayınçılıq təəccüblə qarşılanıb:
 
“Bununla bankın etimadı ciddi şəkildə zədə alıb və borcların restrukturizasiyası üçün daha yumşaq variant təklifi gözlənilmir”.
 
Yazıda vurğulanır ki, problem təkcə Beynəlxalq Bankda deyil. Azərbaycanda bütünlükdə bank sistemi problemlər içindədir: “Azərbaycanın bank sisteminin ən böyük problemi yüksək dollarlaşma səviyyəsidir. Belə bir durumda böyük həcmli aktivlər yeni məzənnə ilə hesablanır və bank kapitalı üzərində yük daha da artır”
 
Yazıda bildirilir ki, banklara inam azaldığından, bir çox insanlar əmanətlərini geri çəkiblər. Üstəlik, problemli kreditlər də artmaqdadır:
 
“Vaxtı keçmiş problemli kreditlər məsələsi həll olunmadan ölkənin bank sistemində yaxşılaşma olmayacaq. Başqa sözlə, bank sisteminin dollarlaşma problemi problemli kreditlərin nəticəsidir. Xalqın banklara etimadını gücləndirmədən bu problem həll edilənə oxşamır. Xalqın banklara etimadı da o zaman yarana bilər ki, manat həm möhkəmlənməsin, həm də sabit olsun”.
 
Müəllif hesab edir ki, Mərkəzi Bankın məzənnə siyasəti hər hansı optimizm vəd etmir. Ona görə də, islahatlar qaçılmazdır... /

Google+ WhatsApp ok.ru