Yəmənə bütün uçuşlar yanacaq çatışmazlığı səbəbindən dayandırılır 08 Sentyabr 2020 10:30 Yəmən Yəmən Milli Qurtuluş Hökuməti ölkənin paytaxtı Səna Beynəlxalq Hava Limanına bütün uçuşların yanacaq çatışmazlığı səbəbindən dayandırılacağını açıqladı. Maide.Az xəbər verir ki, əmən Milli Qurtuluş Hökumətinin Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilir ki, Səudiyyə Ərəbistanının mühasirəsi nəticəsində Səna beynəlxalq hava limanının fəaliyyəti üçün lazım olan yanacaq olmadığında hava limanı fəaliyyəti çərşənbə günündən dayandırılır. Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. Teqlər : #Yəmənə,#bütün,#uçuşlar,#yanacaq,#çatışmazlığı,#səbəbindən,#dayandırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən ordusu Səudiyyə rejiminin hərbi mövqelərinə qarşı genişmiqyaslı əməliyyat keçirib BMT Səudiyyə koalisiyasının Yəməndə müharibə cinayətləri törədə biləcəyi ehtimalından danışıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'