Yəmənli xanımlar ‘Nəsrun Minəllah’ əməliyyatına dəstək yürüşü keçirdi 03 Oktyabr 2019 10:45 Yəmən Yəmənin paytaxt Səna şəhərində minlərlə qadın Ənsarullah silahlı qüvvələrinin Nəcran istiqamətində keçirdiyi "Nəsrun Minəllah" əməliyyatının qələbəsini alqışlayan yürüş keçirib. Maide.Az İQNA-a isitnadla xəbər verir ki, yürüş Yəmənin Ənsarullah İslami Müqavimət Hərəkatının qadınlar heyətinin təşəbbüsü ilə həyata keçirilib. Yürüş keçirən qadınlar bəyanat yayaraq bildiriblər ki, Ənsarullah döyüşçülərinin bu qələbəsi dünyaya göstərdi ki, Yəmən ordusu və xalq könüllü dəstələri düşmənlə vuruşmaq üçün kifayət qədər güclüdürlər və həmçinin əsirlərlə insani dəyərlərə görə rəftar edirlər. Səna şəhərinin xanımları bu böyük qələbəni Yəmən xalqına və Ənsarullah təşkilatının rəhbərlərinə təbrik deyiblər. Onlar koalisiya rəhbərləri və Ərəb ölkələri başçılarından tələb ediblər ki, Yəmən xalqı ilə müsbət davransınlar. Ənsarullah təşkilatının raket və dron gücünü təfiləyən xanımlar Yəmən xalqından təcavüzkarla qarşı canları və malları ilə müqavimət göstərməklərini istəyib. Teqlər : #Yəmənli,#xanımlar,#‘Nəsrun,#Minəllah’,#əməliyyatına,#dəstək,#yürüşü,#keçirdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən ordusu və Ənsarullah işğalçı koalisiyasına qarşı əməliyyatı davam etdirir Yəməndə 'İmam Hadi (ə), elm və əməl, cihad və əvf' adlı seminar keçirilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'