Yəməndə Aşura mərasimi izdihamla qeyd edilib - VİDEO

Yəməndə Aşura mərasimi izdihamla qeyd edilib - VİDEO

 
Yəmən xalqı Ənsarullah hərakatının lideri Əbdülməlik Husinin Aşura mərasimində iştirak çağırışına müsbət cavab verib.
 
Maide.Az xəbər verir ki, minlərlə yəmənli Aşura müsibətini anmaq üçün Səna şəhərinin şimalındakı Əl-Satin bölgəsində toplanıblar.
 
Aşura mərasiminə qatılanlar əllərində Yəmən bayraqları və Amerikanın regiondakı siyasətlərini və Ərəbistan rejiminin Yəmən xalqına qarşı törətdiyi cinayətləri pisləyən şüarlar daşıyıblar.
 
Qeyd edək ki, Səudiyyə rejimi təyyarələri şənbə günü Səna şəhərində yas mərasiminə toplanan Yəmən xalqına hücum etmiş və bu hücumda yüzlərlə insan ölmüş və yaralanmışdı. /

Google+ WhatsApp ok.ru