Yəməndə təcavüzkar Səudiyyə koalisiyasının iki təyyarəsi düşdü

Yəmənin hərbi və təhlükəsizlik mənbələri ölkənin şimalında və mərkəzində işğalçı Səudiyyə koalisiyasına məxsus iki döyüş və kəşfiyyat təyyarəsinin süqut etməsi haqda məlumat veriblər.
 
Maide.az xəbər verir ki, Səde vilayətində bir hərbi mənbə  bildirib: cümə axşamı günü axşam satlarında Səudiyyə koalisiyasına aid bir pilotsuz kəşfiyyat təyyarəsi süqut edib.
 
Ənsarullah qruplaşmasına bağlı “Əl-Məsirə” telekanalı da  Ərəbistana məxsus bir pilotsuz kəşfiyyat təyyarəsinin süqut etməsi xəbərini təsdiq edərək qeyd edib ki, növbəti saatlarda vurulmuş təyyarənin qalıqlarının görüntüsünü nümayış etdirəcək.
 
Səde vilayətində təhlükəsizlik oraqanlarına yaxın bir mənbə də Səna şəhərinin cənubunda  Səudiyyə koalisiyasına aid döyüş təyyarəsinin vurulması haqda xəbər verib.
 
Mənbə deyib ki, həmin təyyarə Ordunun hava hücumundan müdafiə bölmələrinin və Ənsarullah qruplaşmasının payaxtın cənubunda yerləşən Belad əl-Rus şəhərinin ətrafındakı Tualeb dağların zirvələrinə hücumu nəticəsində süqut edib.
 
Mənbə vurğulayıb: Vurulmuş təyyarə çox güman ki, F-16 tiplidir və Ordu qüvvələri pilotun tapılması üçün axtarışları davam etdirir.
 
Eyni zamanda, Yəmən Ordusu və Xal Komitələri dünən axşam Səudiyyə muzdlularının Təəz vilayətindəki Zabab rayonuna hücumunu dəf ediblər. Bu qarşıdurmada onlarla muzdlu zərərsizləşdirilib, habelə onlara məxsus  zirehli və hərbi texnikadan ibarət bir konvoyu məhv edilib.
 
Yəmən birləşmiş qüvvələri Cizan rayonunda Əleyn Əlhare hərbi bazasını raket atəşinə tutaraq yandırılıb. /
 

Google+ WhatsApp ok.ru