Yəmənin cənub sahilləri ABŞ və Fransa hərbi gəmilərinin hədəfində

Yəmənin əl-Məsirə informasiya kanalının müdiri İbrahim Deyləmi ABŞ və Fransa hərbi gəmilərinin Yəmənin sahil şəhərlərinə qarşı dəniz hücumlarında iştirak etməsindən xəbər verib.
 
Maide.az xəbər verir ki, İbrahim Deyləmi bazar günü Ədənin terrorçular tərəfindən işğal edilməsi xəbərini təkzib edərək, deyib ki,  ABŞ və Fransa başda olmaqla çox milliyyətli hərbi gəmilər və qırıcılar Ədən şəhəri və digər sahil şəhərlərini atəşə tuturlar. 
Əl-Məsirə kanalının müdiri daha sonra Səudiyyə Ərəbistana bağlı yaraqlıların Ədən şəhərinə nəzarəti ələ keçirdikləri barədə yayılan şayiələri təkzib edib və deyib ki, Yəmən xalqı ötən cümə günü Ədəndə ordu və xalq komitələrinin uğurlu əməliyyatları ilə onlarla muzdlu ünsür əsir düşüb, çoxlu sayda da muzdlu öldürülüb./
 

Google+ WhatsApp ok.ru