Yəmənin paytaxında məsciddə terror: 3 ölü, 18 yaralı

 Mübarək Ramzana ayında Səna şəhərində yerləşən məscidlərin birinin qarşısında avtomobilə quraşdırılan partlayıcı qurğunun işə salınması nəticəsində partlayış baş verib.  
 Maide.az xəbər verir ki, Yəmənin paytaxtı Səna şəhərinin tarixi ərazisində yerləşən Qubat ƏL-Məhdi məscidinin qarşısında  baş vermiş partlayış nəticəsində ən azı 3 nəfərin öldüyü və 18 nəfərin yaralandığı  bildirilir. Partlayış namazdan sonra insanlar məsciddən çıxarkən baş verib. Partlayış nəticəsində ətraf binalara da ziyan dəyib. 
Qeyd edək ki, baş verən terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib. Xatırladaq ki, bu, Ramazan ayında baş verən sayca 4-cu terror aktıdır. /
 

Google+ WhatsApp ok.ru