Yəmənə qarşı hücuma etiraz olaraq bütün İranda aksiya keçirilib 18 Aprel 2015 01:00 Yəmən Dünən İranın müxtəlif şəhərlərində cümə namazından sonra Ərəbistan ilə müttəfiqlərinin Yəmənə qarşı hərbi təcavüzünü pisləyən aksiya keçirilib. Maide.az "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları şüarlar səsləndirərək, Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzünü və bu ölkənin məzlum və müdafiəsiz xalqının qırğın edilməsinə qarşı öz hiddətlərini bildiriblər. Aksiyada Ali-Səudun cinayətləri qarşısında susan müsəlmanlar İslama və Qurana xəyanətkar adlandırılıb. Aksiyaçılar Amerika ilə İsrail rejimini Yəmənin məzlum xalqına qarşı rəhmsizcəsinə qırğının amilləri kimi təqdim edərək, müsəlmanların dünya imperialzimi və onun regiondakı amillərinin fitnələri qarşısında sayıq və müttəfiq olmaları vacibliyini vurğulayıblar. Aksiyaçılar dünyanın müsəlman xalqlarından və dünya ictimaiyyətindən istəyiblər ki, Yəmənin günahsız xalqı və uşaqların rəhmsizcəsinə qırğın edilməsi qarşısında susmasınlar. Teqlər : #Yəmənə qarşı hücuma etiraz olaraq bütün İranda aksiya keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Seyid Həsən Nəsrullah: `Heç bir təhdid və nəticə Yəmənə qarşı Səudiyyə-Amerika təcavüzkarlığını pisləməyə mane olmayacaq` Abdulla Saleh: Heç bir şəraitdə Yəməni tərk etməyəcəm
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'