Xanım Zeynəbin (s.ə) mövludu münasibəti ilə xeyriyyə tədbiri keçirilib - Fotolar 23 Fevral 2015 02:00 Ölkə “İslam Birliyi və İnkişafı” və “Sevincli Ümidlər və Gənclərə Dəstək” İctimai Birliklərinin birgə təşkil etdiyi Xanım Zeynəbin (s.ə) mövluduna həsr edilən “xeyriyyə və vəhdət” mövzusunda tədbir keçirilib. Tədbirdə ilahiyyatçılar Sərdar Hacıhəsənli, Elçin Qasımov, Əhli-beyt şairi Nurəddin Darafərin və digərləridə iştirak edib. Onlar çıxışlarında müsəlmanların vəhdət mövzusuna toxunublar. Tədbirdə daha sonra, “Vətən” ilahi nəğmələr qrupu, Elşən Xəzər, “Əhlibeyt” ilahi nəğmələr qrupu və digər şairlər çıxışlar ediblər. Qeyd edək ki, tədbir xərçəng xəstəliyindən əziyyət çəkən Elxan Bədəlzadəyə yardım etmək üçün təşkil olunub. Biletlərdən əldə olunan gəlirin yardım məqsədi ilə Elxan Bədəlzadəyə sərf olunacağı bildirilib. Teqlər : #Xanım Zeynəbin (s.ə) mövludu münasibəti ilə xeyriyyə tədbiri keçirilib Fotolar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lənkəran camaatı bu gündə etiraz aksiyası keçirdi (Foto) Diqqət: Bu prospekt bağlanır