Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günündə həzrət Əlinin (ə) hərəmi - FOTO 24 Mart 2015 02:00 Xəbərlər 24 mart 2015-ci il, 3 cəmadüssani 1436-cı hicri qəməri ili, əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) qızı və dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür. Bu münasibətlə bu gün Nəcəf şəhərində Həzrət Əli İbn Əbitalibin hərəmində minlərlə Əhli-Beyt (ə) aşiqi əzadarlıq ediblər. Maide.az ABNA-ya istinadən həmin əzadarlıq səhnələrində səkilləri oxuculara təqdim edir. Həzrət Fatimə Zəhra (s.ə) besətin 5-ci ili cəmadiüssani ayının 20-də Məkkə şəhərində dünyaya göz açmışdır. Həzrət Fatimə (s.ə) uşaqlıqldan atası İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vasitəsi ilə ilahi maariflə tanış olmub. Həzrət Fatimə Zəhra (s.ə) 18 il yaşadıqdan sonra o dövrün hakimlərinn çoxlu zülmləri və atasının vəfatının qəm-kədəri nəticəsində hicri qəmərinin 11-ci ilində - bir rəvayətə görə 13 cəmadiüləvvəl, digər bir rəvayətə əsasən 3 cəmadüssanidə şəhid edildi. Maide.az kollektivi həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günü münasibəti ilə Əhli-Beyt aşiqlərinə və dünyanın azadlıqsevərlərinə başsağlığı verir./ Teqlər : #Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günündə həzrət Əlinin (ə) hərəmi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Birliyi İranın 40 gəmiçilik şirkətinə yenidən sanksiya tətbiq edir “Gecə naləsi” adlı şəbih tamaşası səhnələşdirildi - FOTO