Xalid Məşəldən yeni intifadaya birlik çağırışı

Həmas Siyasi Büro sədri Xalid Məşəl Qərbi İordan və Qüdsdə baş verənlərin kütləvi qiyam deyil, əsl Fələstin intifadası olduğunu bildirib

Maide.az xəbər verir ki, Qəzza Zolağında Fələstin Mətbuat Evi tərəfindən təşkil olunmuş tədbirdə telekonfransla iştirak edən Məşəl, "Meydandakı müqavimət və diplomatiya ilə beynəlxalq arenada intifadaya olan dəstəyi bərabər aparmalıyıq" - deyib.
 
Qüds və Qərbi İordanda baş verənlərin "qiyam" olaraq adlandırmasını uyğun olmadığına işarə edən Məşəl, "İntifadanı kütləvi qiyam kimi qiymətləndirməyin bir bəhanəsi ola bilməz. Baş verənlər bütün faktorları ilə tam bir intifada", - deyə danışıb.
 
Fələstin xalqının gerçək bir İntifadanın içində olduğunu vurğulayan Məşəl, "Bu intifada Məscidi Əqsanın zaman və məkan olaraq bölünməsinə mane oldu. Çünki Fələstindəki irəliləyişlər, beynəlxalq arenada dəyişiklikləri doğurur. Bunu da siyasi, diplomatik, hüquqi səylər izləyir" söyləyib.
 
Məşəl intifadanın bütün fələstinli qrupların və tənqidçilərin xeyrinə olduğunu vurğulayaraq, Fələstin rəhbərliyindən İsrail rejimi ilə təhlükəsizlik koordinasiyasını dayandırmasını istəyib.

Google+ WhatsApp ok.ru