Xakerlərin “Gmail” hesabını sındırmaq üçün istədiyi pul 159 dollardır!

“Deep Web”-in nə olduğunu bilirsinizsə, oranın qaranlıq işlərin mənbəsi olduğunu da bilirsiniz. Beləki, burada asanlıqla xakerlərlə əlaqə qurub istənilən hesabın sındırılmasını, hər hansı bir saytın çökdürülməsini istəyə bilərsiniz.
 
Kompüter şirkəti “Dell” bu yeraltı dünyası barədə araşdırma edib və qiymətlər barəsində məlumat verib. “Dell” tədqiqatçılarının araşdırmasına əsasən, Rus xakerlər “Gmail” və “Facebook” hesabını 129 dollara sındırırlar. Əgər hər hansı şirkət e-poçtunu sındırmaq 500 dollara başa gəlir. Hər hansı bir veb sayta DDoS hücumu planlamaq üçün saat başına 5 dollar ödəmək lazımdır.
 
Tam hesabata baxmaq üçün buraya daxil ola bilərsiniz.
 

 

Google+ WhatsApp ok.ru