Xəzər dənizi üzrə işçi qrupu payızda Tehran və Aşqabadda bir araya gələcək

Xəzər dənizi üzrə işçi qrupu payızda Tehran və Aşqabadda bir araya gələcək

Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü başa çatıb
 
 Xəzər dənizi üzrə işçi qrupu payızda Tehran və Aşqabadda bir araya gələcək.
  "RİA Novosti"yə istinadən verilən xəbərə görə, bu barədə Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov Astanada baş tutan Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünün yekunu olaraq keçirilən mətbuat konfransında məlumat verib.
"Ekspertlərinin növbəti görüşü bu ilin sentyabrında Tehranda, oktyabrda isə Aşqabadda keçiriləcək", - deyə Y.İdrisov bildirib.
Onun sözlərinə görə, bu görüşlərdən sonra xarici işlər nazirləri səviyyəsində növbəti iclasının vaxtı müəyyən olunacaq. (report)

Google+ WhatsApp ok.ru