Xəzərin Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşib 26 Fevral 2016 02:00 Ölkə Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. SOCAR-dan verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsədi tapılan şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir. Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. Teqlər : #Xəzərin Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Azərbaycanda 20 dərəcə isti olacaq Milli Məclisin saxlanma xərcləri kəskin azaldı