Türkiyə alimləri və dərnəkləri namaz məhbusu Şeyx Sərdarın həbsinə etiraz edir

Türkiyə alimləri və dərnəkləri namaz məhbusu Şeyx Sərdarın həbsinə etiraz edir

Azərbaycanda namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsindən 6 gün keçir. Həbsdə ölkə daxili etirazlarla yanaşı dünya ölkələrindən də etirazlar gəlməkdə davam edir. Rusiya, Ukrayna, Gürcüstan Qırğızıstan və digər ölkələrin ardınca Türkiyədən Şeyx Sərdarın həbsindən narahatlıqlar gündəmə gətirilib. 
 

Hasan Karabulut: “Alimlərə edilən haqsızlıqları bu millətin, bu xalıqın, bu ölkənin, bu dövlətin vəhdətinə, istiqlalına və təhlükəsizliyinə edilən bir hücum kimi qiymətləndirirəm”  

Maide.Az-a daxil olan açıqlamasında Türkiyə Zeynəbiyyə Hərəkatının Dünya Cəfəri Alimlər Birliyi (CABİR) sədri Hasan Karabulut vurğulayıb ki, hadisə onların ciddi narahatlıqlarına səbəb olub.

“Bizim etiqadımıza əsasən Allah eçlilərindən, Allah vəlilərindən sonra onların missiyasını üləma icra edir və alimlər Allah elçilərini təmsil edən insanlardır. Elmləri ilə, inancları ilə, əxlaqları və həyat tərzləri ilə. Bu mənada İlahi elçilərin olduğu cəmiyyətlərdə hər şeydən öncə o toplumun ki, içərisində əgər ilahi şəxsiyyətə malik şəxslərin sözləri eşidilsə, hər şeydən öncə o məmləkətdə, o toplumda vəhdət, həmrəylik, qardaşlıq, hüzur və bütün ölkələrin ehtiyac duyduğu ictimai asayiş və rifah olar. Mən istər şiə, istərsə də Əhli-sünnət alimləri olsun, bu alimlərə edilən haqsızlıqları bir millətə, bir dövlətə, bir xalqa edilən haqsızlıq, bu millətin, bu xalıqın, bu ölkənin, bu dövlətin vəhdətinə, istiqlalına və təhlükəsizliyinə edilən bir hücum kimi qiymətləndirirəm.

 
İkincisi, bir şiə ölkəsi olaraq, Əhli-beyt (ə) məmləkəti olaraq Azərbaycanda belə bir hadisənin baş verməsini çox böyük narahatlıqla qarşılayırıq. Bu addım bu ölkənin, bu toplumun narahatlıq mənbəyi olacaq və belə də davam edəcək. Burada gələcək məsləhətini düşünməyən siyasətçilər bir şeyi də görə bilmirlər; vəzifə üstünlüyünə görə əldə edilən məqamlar, mülklər və s. daimi, uzun müddətli deyil. Bunlar tez çökər və öz yerini tutmaz. İslamın sözü daimidir və ona diqqət edən hər kəsin qəlbində öz yerini turar.
 
Məhkəmənin üləmanı bu şəkildə yersiz ittiham etməsini doğru hesab etmirik. Bunun nəinki heç kimə faydası olmayacaq, hətta hər kəsə, hər tərəfə zərəri olacaqdır. Dünyanın bir çox yerlərində bənzər addımlar atılır ki, bu addımların da toplum içində nifaq hallarını, parçalanmanı, bu toplumlarda nifrət hissini və sair neqativ halların artmasına səbəb olduğunu hamımız görürük. Bu mənada mən hadisəni eşitdim və çox narahat oldum. 
 
Dualarımız Azərbaycan və xaqlı ilədir. Xüsusən də son dönəmlərdə Azərbaycanın bir sıra sahələrdə inkişafda olduğu bir dönəmdə bu addımın atılması onun əleyhinə olacaq. Bu baxımdan doğru addım məhkəmənin bu qərarına yenidən baxması və doğru qərarı verməsi olar. Hesab edirəm ki, beləliklə də bu yanlış addımdan geri qayıtmaqla qarşılaşa biləcək bir çox zərərdən yayınmaq olar. Bir an əvvəl üləmamızın da azad edilməsini və Azərbaycan xalqının da dövləti ilə bütünləşərək həqiqətdən də hüzur və mənəviyyat içində, varlıqlı və təhlükəsiz şəkildə yaşamasını Uca Allahdan diləyirik. Bütün dostarımızı və alimlərimizi də hörmətlə salamlayırıq”, - deyə CABİR başqanı düşüncələrini bölüşüb.
 
 
Qədir Akaras: "Bu addım müsəlman ölkəsinə yaraşmır"
 
Türkiyə Əhli-beyt (ə)Alimləri Dərnəyinin (EHLADER) sədri Qədir Akaras Maide.Az-a baş verən hadisədən təəssüfləndiyini bildirərək son dönəmdə bir sıra müsəlman ölkələrində müsəlmanların etiqadlarına görə azadlıqdan məhrum edilməsinin bu ölkələrə yaraşan addım olmadığın qeyd edib. “İlk öncə Hacı Sərdara və ailəsinə keçmiş olsun deyirəm. Təssüflər olsun ki, hazırda İslam ölkələrində müsəlmanlar ən çox ehtiyacı olan azadlıqdan məhrum edilirlər, insanların azadlıqları məhdudlaşdırılır. Bu addım müsəlman ölkələrinə yaraşmır. Halbuki müsəlman ölkələrində azadlıq tam şəkildə olmalıdır, azadlıqdan kimsə ziyan görməyib və görməyəcək də. Bu mənada İslami kimliyi və şəxsiyyəti olan insanların inancına görə azadlığının məhdudlaşdırılması hər zaman pislənilir. Biz öncədən də olduğu kimi, Azərbaycandakı qardaşlarımızın müsəlman adət-ənəsinə uyğun yaşamalarına əngəl olan hər bir növ məhdudiyyəti pisləyirik. Ümid edirik ki, Azərbaycan dövləti də bu düşüncələri diqqətə alacaq və müsəlmanların azadlığına dəyər verərək indiyədək həbs edilən qardaşlarımızı bir an öncə sərbəst buraxacaq. Bununla da Azərbaycan xalqının və müsəlmanların  könlünü qazancaq.
 
Ümumi baxdıqda, İslam dünyasında islami hərəkətlər, islami fəaliyyətlər bir formada təhlükə olaraq görülür, amma bunu bilmək lazımdır ki İslam və müsəlmanlardan heç kimə zərər dəyməyib, zərərli kimi görünən müsəlmanlar Qərb, Amerika və sionistlər tərəfindən dəstəklənən müsəlmanlardır. Biz onları müsəlman hesab etmirik.
 
İnsanların namazına görə, düşüncəsinə görə, ibadətinə görə həbs edilən, saxlanılan və azadlıqların əllərindən alınan halları açıq şəkildə pisləyirik. Bu kimi hallar təəssüflər olsun ki, müsəlmanlara və həbslərin baş verdiyi ölkələrə heç bir faydası olmadğı kimi, müsəlmanların düşmənlərinin, o cümlədən İsrailin, Amerikanın dəyirmanına su tökür. Bu da heç bir ölkənin, xüsusi ilə də Azərbaycanın məsləhətinə deyil. Ona görə də ümid edirik ki, hökumət bu məsələləri diqqətə alacaq və tez bir zamanda etiqad azadlığını Azərbaycanda təmin edəcək”, - deyə EHLADER başqanı bildirib.            
 
 
Ercan Alagöz: “Bu anlayışla nə Qarabağ azad edilər, nə də Xocalı qətliamının hesabı sorular”
 
Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı Türkiyənin Umut Işığı Dərnəyinin sədri Ercan Alagöz bildirib: “Azərbaycanda uzun müddətdir ki, müsəlmanlara qarşı təzyiqlər var. Həzrəti Zəhra (sə) məscidinin sökülməsi hadisəsindən sonra Məhərrəm-Səfər əyyamı əzadarlıqları, camaatın bir yerə toplanması qadağan edildi, azan qadağaları, Nardaran faciəsi və s oldu. Bu həbs də bu hadisələrin davamıdır. Bu hadisədən öncə də hicaba qadağa gündəmə gəlmişdi. Yaxın keçmişdə bu işləri görənlər bu həbsi də reallaşdırcaqdı ki, bu hadisə öncəkilərin davamıdır. Bu mənada Türkiyədə Azərbaycan gündəmini izləyən bizim kimi dərnəkləri bu hadisə çox da təəccübləbdirmədi. Bütün bu olanları qınayırıq.
 
 
Sadəcə namaza görə, söylədiyi xütbəyə görə həbs olan ölkədə nə azadlıqlardan, nə də başqa şeylərdən danışıla bilməz. Xocalı qətliamının ildönümü oldu. Zalım erməni daşnaklarının törətdiyi bu soyqırımdan 25 il ötür. Şeyx Sərdar kimi, Hacı Taleh, Hacı Zülfüqar, Hacı Abgül, dr. Səmədov kimi alimləri və  möminləri həbs etməklə düşmənin çörəyinə yağ çəkilir. Bu anlayışla nə Qarabağ azad edilər, nə də Xocalı soyqırımının hesabı sorular. Bu olanlara qarşıda bizi təqib edən ermənilər gülür. Bunu Azərbaycan hökuməti nəzərə almalıdır. Bir daha təkrarlayıram, biz bu həbsi qınayırıq”, - E.Alagöz deyib.

 

Google+ WhatsApp ok.ru