Türkiyədə yoxsul ailələrə pulsuz internet veriləcək

“Qarşıdakı həftə yoxsul ailələrə pulsuz internet verməyə başlayacağıq.”
Maide.az xəbər verir ki, bu sözləri Türkiyənin ailə və sosial siyasət naziri Səma Ramazanoğlu deyib.
Artıq bu istiqamətdə hazırlanmış internet paketlərinin əllərində olduğunu deyə nazir bunların qarşıdakı həftə paylanacağını deyib. 
 
“Əlində planşeti olan uşaqlarımız evlərində internet paketi olmadığı üçün başqa məkanlara getməyə məcbur olurlar. Lisenziyalı internet kluybları istisna edərək deyirəm, uşaqlar internet üçün getdikləri bir çox yerdə müxtəlif təhlükələrlə üzləşirlər. Bizim yoxsul ailələrə verəcəyimiz pulsuz internet paketi hökumətimizin yeni addımlarından biridir. Nazirlik olaraq bütün hazırlıqları başa vurduq. Müvafiq nazirliklərlə görüşdük, yoxsul ailələri müəyyən etdik. Bu fəaliyyət Türkiyədə böyük bir inqilab olacaq. Gələn həftə yoxsul ailələrə pulsuz internet verməyə başlayırıq.” - deyə nazir Səma Ramazanoğlu bildirib. 
 
Ailə və sosial siyasət naziri Səma Ramazanoğlu Türkiyə Cümhuriyyətinin ilk hicablı naziridir. /
 

Google+ WhatsApp ok.ru