İtkin neftçilərin axtarışı ilə bağlı yenilik yoxdur

İtkin neftçilərin axtarışı ilə bağlı yenilik yoxdur

Dünən səhər saatlarında Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində yerləşən estakada uçub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.
 
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 
 
1. Zülfüqarov Güloglan - maşinist 
 
2. Zülfüqarov Azay - operator 
 
3. Qurbanov Vidadi - operator 
 
4. Həsənov Elçin - mexanik 
 
5. Hacıəliyev Həsənağa - operator 
 
6. Qafarov İlham - operator 
 
7. Əsədov Samir - operator 
 
8. Bəhrəmov Cavid - operator 
 
9. Abbasov Ramiz - maşinist 
 
10. Rüstəmov Qorxmaz - operator 
 
Onlardan Cavid Bəhrəmov və İlham Qafarovun meyiti sudan çıxarılıb.
 
Yerdə qalan neftçilərin axtarışı davam etdirilir. Rəsmi qurumlar hələlik axtarışlar
nəticəsində yenilik olmadığını bildiriblər.(modern.az)
 
 

Google+ WhatsApp ok.ru