Tatarıstanda 17 yaşlı gənc şagirdləri girov götürüb

Tatarıstanda 17 yaşlı gənc şagirdləri girov götürüb

Tatarıstan paytaxtı Kazan şəhərindəki təhsil ocaqlarının birində 17 yaşlı gənc şagirdləri girov götürüb.
 
FaktXəbər bildirir ki, bu barədə "Life" agentliyi məlumat yayıb.
 
Hadisə 7 saylı gimnaziya ərazisində bu səhər baş verib. 17 yaşlı yeniyetmə təhsil ocağına əlində tapança ilə daxil olub və siniflərin birində şagirdləri girov götürüb.
 
Hüquq-mühafizə orqanlarının məlumatına görə, silahlı şəxs zərərsizləşdirilib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
 

Google+ WhatsApp ok.ru