Təl-Əvivdə nümayişçilər Netanyahunu istefaya çağırdı - Foto 16 Noyabr 2018 10:58 Fələstin İşğal olunmuş Fələstin ərazisində Qəzza ətrafındakı Yəhudi yaşayış məntəqələrindən gələn təxminən 400 etirazçı Təl-Əvivin mərkəzindəki əsas yollardan birini nəqliyyata bağlayaraq, regionlarında təhlükəsizliyin təmin olunmaması səbəbiylə işğalçı İsrail rejim Baş naziri Benyamin Netanyahu əleyhinə aksiya keçirib. Regionlarında təhlükəsizliyin hər keçən gün pisləşdiyini bildirən nümayişçilər tez-tez "Bibi (Netanyahu) evinə dön, sənə ehtiyacımız yoxdur", "Bibi istefa, cənub yanır" kimi şüarlar səsləndirərək, Baş naziri hədəfə alıb. İsrailin cənubunda Qəzzaya yaxın ərazilərdə yəhudi yaşayış məntəqələrində təhlükəsizliyin təmin olunmasında Netanyahu hökumətinin yetərsiz qaldığını qeyd edən nümayişçilər "Cənub daha artıq səssiz qalmayacaq" yazılı plakatlar açıb. Son yaşanan gərginlikdən sonra fələstinli qruplar ilə İsrail arasında əldə olunan atəşkəsi də tənqid edən nümayişçilər Netanyahunu istefaya çağırıb. Polis ilə nümayişçilər arasında gərginliyin də yaşandığı etiraz səbəbilə Təl-Əviv şəhərinin mərkəzindəki bəzi yollarda nəqliyyat sıxlığı yaranıb. /eastnews.org/ Teqlər : #TəlƏvivdə,#nümayişçilər,#Netanyahunu,#istefaya,#çağırdı,#Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nyu-Yorkda İsrail əleyhinə etiraz aksiyası keçirildi İşğalçının "göz yaşları"
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar