Ötən il 208 bəhrenylinin vətəndaşlığı ləğv edilib 14 May 2016 01:00 Yəmən Bəhreynin Milli Əl-Vifaq İslami Cəmiyyəti 2015-ci ildə Ali-Xəlifə rejiminin 208 bəhreynlinin vətəndaşlığını ləğv etdiyini bildirib Maide.Az xəbər verir ki, Bəhreynin Milli Əl-Vifaq İslami Cəmiyyəti bir hesabat yayaraq bu sayda bəhreynlinin vətəndaşlığının onların siyasi fəaliyyətlərinə, öz hüquqlarını tələb etmələrinə və ölkədə demokratiya və azadlıq tərəfdarı olduqlarına görə ləğv edildiyini bildirib. Hesabatda deyilir: 2011 və 2014-cü illərlə müqayisədə bu statistikada üç qat artım müşahidə olunur. Hesabatda o da bildirilir ki, öz vətəndaşlarının vətəndaşlıq hüququnu ləğv edən ölkələr arasında Bəhreyn birinci yerdə durur. Beynəlxalq Amnistiya təşkilatı son vaxtlar Bəhreyndə bu kimi halların insan haqlarının və beynəlxalq qanunların kobud şəkildə pozulması olduğunu bildirmişdi. Bəhreyn 2011-ci il fevral ayından xalqın Ali-Xəlifə rejiminə qarşı dinc etirazlarının şahididir. Bəheryn xalqı azadlıq, ədalət və xalqın səsi ilə formalaşan hökumət istəyir. Xalq ayrı-seçkiliklərə son qoyulmasını tələb edir. / Teqlər : #Ötən il 208 bəhrenylinin vətəndaşlığı ləğv edilib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Yəmənə yardım olunmazsa insan faciəsi yaşanacaq Yəmən böhranının həlli üzrə yeni təkliflər
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'