Təzə paltar alarkən diqqətli olun-VIDEO 25 Mart 2016 02:00 Xəbərlər Əksəriyyətimiz mağazadan yeni aldığımız paltarların təmiz, səliqəli olduğunu düşünürük və adətən geyinib istifadə etdikdən sonra yuyuruq. Əslində isə bu paltarların təzəliyinə aldanmaq olmaz. Bununla bağlı son araşdırma Kolumbiya Universiteti Tibb Mərkəzinin dermatoloqları tərəfindən aparılıb. Nəticəni nəzərdən keçirən alimlər təzə paltarı evə gətirən kimi dərhal yumağı tövsiyə edir. Çünki gözəl şux rəngləri və ütülü görkəmini saxlaması üçün paltarlara müəyyən kimyəvi vasitələr vurulur. Bu isə dəri və allergik xəstəliklərə səbəb ola bilər. Xüsusilə də formaldegid qətranı deyilən və təzə paltarlarda olan büküşləri açmaq və kifdən qoruyan maddə... Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, dükanlarda satılan paltarlarda bakteriyalar, mikroblar və hətta həşəratlar və onların yumurtaları da ola bilər. xezerxeber / Teqlər : #Təzə paltar alarkən diqqətli olunVIDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Maide.az saytında texniki işlər gedir Rusiyada ilk İslam bankı fəaliyyətə başlayıb