Statistika Komitəsi yanvar-oktyabrda dövlət büdcəsinin icrası haqqında

Statistika Komitəsinin məlumatına görə, noyabrın 1-i üçün dövlət büdcəsinin gəlirləri 13 mlrd 874,1 mln manat təşkil edib. 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 12,1% olub.
 
Neft Fondundan transfertlər nəzərə alınmadan mənfəət vergisi 1 mlrd 927,8 mln manat (mənfi 10,1%), ƏDV 2 mlrd 654,7 mln manat (+5,7%), gəlir vergisi 895,6 mln manat (+13,3%), aksizlər 535,8 mln manat (mənfi 22,1%) olub.
 
Dövlət büdcəsinin xərcləri 13 mlrd 925,3 mln manat (+0,5%) təşkil edib. İqtisadiyyatın inkişafına 5 mlrd 428,6 mln manat (mənfi 6,8%), sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd 596,4 mln manat (mənfi 1,9%), təhsil sahəsinə 1 mlrd 114 mln manat (+4,9%), ümumi dövlət xərclərinə 1 mlrd 317,2 mln manat (+18,9%), hüquq-mühafizə və məhkəmə orqanlarına 839,8 mln manat (+1,2%), səhiyyə sahəsinə 514,9 mln manat (+2,6%) yönəldilib.
 
Büdcə kəsiri 51,2 mln manat təşkil edib.
 
Bu il dövlət büdcəsinin gəlirləri 19 mlrd 438 mln manat, xərcləri 21 mlrd 100 mln manat, kəsiri 1 mlrd 662 mln manat və ya ÜDM-in 2,8%-i səviyyəsində təsdiq edilib.  Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərini 17 mlrd 80 mln manat, xərcləri 17 mlrd 730 mln manat, kəsiri 650 mln manat və ya ÜDM-in 1,1%-i səviyyəsində gözləyir.contact /

Google+ WhatsApp ok.ru