İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənələşib 02 İyul 2020 14:56 Ölkə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə buraxıldığı şəxslər barədə məlumat yayıb. AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır: - Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; - Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər; - Azərbaycanda işləmək icazəsi olan əcnəbilər; - Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər; - Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr. Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. Teqlər : #İstanbulBakı,#aviareysinə,#kimlərin,#buraxılacağı,#müəyyənələşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Azərbaycanın 16 şəhər və rayonunda həftəsonları hərəkət qadağan edilir