İsrail səfirliyi qarşısında keçirilən aksiyada saxlanılanlar sərbəst buraxılıb- YENILƏNİB -  FOTO

İsrail səfirliyi qarşısında keçirilən aksiyada saxlanılanlar sərbəst buraxılıb- YENILƏNİB - FOTO

Yasamal rayonu 27-ci polis bölməsində saxlanılan Azərbaycan İslam Partiyasının bir qrup üzvü və AİP-in sədr əvəzi Hacı İlham Əliyev sərbəst buraxılıb.
 
***
Azərbaycan İslam Partiyasının bir qrup üzvü Beynəlxalq Qüds günü ilə əlaqədar Bakıdakı İsrail səfirliyi qarşısında aksiya keçirib.
 
Maide.Az "FaktXəbər"-ə istinadla xəbər verir ki,  aksiyada iştirak edən inanclılar ABŞ və İsrailin Qüdslə bağlı işğalçı siyasətinə etiraz ediblər.
 
Nümayişçilər "Məhv olsun ABŞ və İsrail", "Qüds müsəlmanların ilk qibləgahıdır", "Qarabağa və Qüdsə azadlıq" və başqa şüarlar səsləndiriblər.
 
Aksiya iştirakçılarının bəziləri saxlanılıb. Onlar Yasamal rayonu 27-ci polis bölməsinə aparılıblar.
 
 

Google+ WhatsApp ok.ru