İsrail rejimi qüvvələri Qəzzadakı milyonluq aksiyada 65 fələstinlini yaralayıb (FOTO) 16 May 2019 10:07 Fələstin "Nəkbə"nin 71-ci ildönümüylə əlaqədar olaraq Qəzzada keçirilən milyonluq "Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü" aksiyalarına İsrail rejimi qüvvələrinin hücumu nəticəsində onlarla fələstinli yaralanıb. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi mənbələrinin məlumatına görə, İsrail rejimi qüvvələrinin açdığı atəş nəticəsində 65 fələstinli güllə yarası alıb. Bundan başqa onlarla insan da atılan qaz bombalarının təsirinə məruz qalıb. Yaralananlardan 22-nin uşaq, 5-nin qadın, 2-nin də jurnalist olduğu bildirilib. İsrail rejimi qüvvələrinin hücumuna cavab olaraq nümayişçilərin Qəzza ətrafındakı ərazilərə yandırıcı şarlar və çərpələnglər göndərmələri nəticəsində bəzi yerlərdə yanğın meydana gəlib. Qəzza əhalisi milyonluq aksiyalara qatılmaq üçün dünən günortadan sonra 1948-ci ildə işğal edilmiş bölgələrlə sərhəd ərazilərdə olan qayıdış çadırlarına axın etməyə başlamışdı. Teqlər : #İsrail,#rejimi,#qüvvələri,#Qəzzadakı,#milyonluq,#aksiyada,#fələstinlini,#yaralayıb,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli alimlər İslam və ərəb ölkələrinə çağırış edib Dünyadakı bütün fələstinlilərin sayı açıqlanıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar