İsrail rejimi Livanın hava məkanını pozmağa davam edir 04 May 2020 18:19 Fələstin Əl-Mənar televiziya kanalında gedən xəbərə görə, İsrail rejimin döyüş təyyarələri bu gün (4 may) Livanın Ən-Nabatiye, İqlim Təfah və Mərcəiyyun bölgələri üzərində uçublar. Livan ordusu İsrail rejiminin döyüş təyyarəsinin Livanın hava məkanını dəniz tərəfindən pozaraq, Şəka diyarının qərb səmasından Beyrut şəhəri üstünə qədər uçaraq, Ən-Nəkurə mahalı səmasından uzaqlaşdığını qeyd edib. Livan ordusu dünən də İsrail rejiminə məxsus bir PUA-nın Livan hava məkanını pozaraq, Beyrut səmasına qədər uçduğunu açıqlamışdı. Military Advisor portalının Tvitter səhifəsində yerləşdirilən açıqlamaya əsasən, İsrail rejiminə aid 3 G550 Nachshon kəşfiyyat təyyarəsi Suriya və Livanı izləyir. ABŞ-a aid bir P-8A kəşf təyyarəsi da Suriya sahilində uçur. İsrail rejiminə aid bir İHA da Livan cənubunda uçur. İsrail rejimi ümumiyyətlə Suriyaya qarşı hava hücumlarını bazar günü gecə həyata keçirir. /deyerler.org Teqlər : #İsrail,#rejimi,#Livanın,#hava,#məkanını,#pozmağa,#davam,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi əsgərləri Qüdsdə 4 fələstinlini saxlayıb Fələstində fövqəladə vəziyyət və karantin müddəti iyunun 5-ə qədər uzadılıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar