İsrail rejimi hər il 700 fələstinli uşaq və yeniyetməni  mühakimə edərək, azadlıqdan məhrum edir

İsrail rejimi hər il 700 fələstinli uşaq və yeniyetməni mühakimə edərək, azadlıqdan məhrum edir

-- Həmin uşaq və yeniyetmələrlə pis rəftar edilir

İşğalçı sionist İsrail rejimi hər il 700 fələstinli uşaq və yeniyetməni  mühakimə edərək, azadlıqdan məhrum edir. 
 
Maide.Az “skynewsarabia” xəbər verir ki, bu Uşaqların Ümumdünya Müdafìəsi Hərəkatının 5 aprel Fələstində uşaq günü münasibətilə açıqladığı hesabatında yer alıb. 
 
Məlumata görə, görüntü xatirinə qurulan həbri məhkəmələrdə uşaq və yeniyetmələrlə pis rəftar edilir, etirafa məcbur olunurlar. 
 
Həmin uşaq və yeniyetmələrlə pis rəftar edilir. İşğalçı rejimin  bu addımı ilə uşaqlardan məcburi  etiraf almaq istəyir. 
 
Hərəkatının məhkəmələr üzrə proqram direktoru Ayed Abu Qtaish mətbuata açıqlamasında  bildirib ki,   son 18 il ərzində 2000 Fələstinli uşaq işğalçı rejim tərəfindən öldürüb. Həmin cinaytələri törədən şəxslər bu günə qədər cəzalandırılmayıb. 
 
Hesabatda vurğulanır ki,  II intifada  (2000-ci ilin sentyabr ayının 28-də fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adına deyilir)  və ondan sonrakı dövr ərzində 14 mindən çox fələstinli uşağı rejim tərəfindən  həbs edib. Hazırda  350 –dən çox uşaq və yeniyetmə işğalçı rejim həbsxanalarında saxlanılır. 
 
Xatırladaq ki, 2000-ci ilin sentyabr ayında İsrailin Fələstinə geniş miqyaslı təcavüzü nəticəsində 4 mindən çox fələstinli şəhid olub. 
 

Google+ WhatsApp ok.ru