İsrail rejimi 2000-ci ildən bu yana 16 min 500 fələstinli uşağı həbs edib 27 May 2019 13:05 Fələstin Fələstinli məhbuslarla bağlı yeni hesabatda 28 sentyabr 2000-ci il tarixində Əqsa İntifadasının başlamasından bu yana İsrail rejiminin fələstinli uşaqlara qarşı təzyiqlərinin və həbslərinin artaraq, davam etdiyi vurğulanıb. Hesabatda qeyd olunan tarixdən 16 min 500 fələstinli uşağın İsrail qüvvələri tərəfindən həbs olunduğu bildirilib. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu məlumatlar məhbuslarla bağlı problemlər üzrə mütəxəssis Abdunnasır Fervanenin İsrail qüvvələri tərəfindən fələstinli uşaqların tutulmasıyla bağlı hesabatında yer alıb. Özü də keçmiş məhbuslardan olan Fervanenin 26 səhifəlik hesabatında fələstinli uşaqların həbsiylə əlaqədar detallar qeyd olunub. Hesabata görə, 2000-2010-cu illər ərzində il ərzində orta hesabla 700 fələstinli uşaq həbs edilib. Bu rəqəm 2010-cu ildən sonra artaraq, 1250-yə çatıb. Hesabatda bütün məlumatların uşaqların planlı şəkildə tutulduğunu göstərdiyi vurğulanıb. 2015-ci ildə başlayan Qüds İntifadasından sonra isə uşaqların həbslərinin daha da artırdığı diqqətə çatdırılıb. Teqlər : #İsrail,#rejimi,#2000ci,#ildən,#yana,#min,#500,#fələstinli,#uşağı,#həbs,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada humanitar durum daha da pisləşib Madriddə Qüds günü ilə bağlı tədbir keçiriləcək
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar