İsrail qətlə yetirdiyi fələstinlilərin cənazələrini qaytarmayacaq 14 Oktyabr 2015 01:00 Fələstin Mövzu barədə sionist rejim silsilə qərarlar qəbul edib İslamazeri.az-ın "Sputniknews"-a istinadən verdiyi xəbərə görə, İsrail rəhbərliyi dəfn mərasimlərinin aksiyalara çevrilməsinə mane olmaq məqsədilə fələstinlilərin cənazələrini ailələrinə verməyərək hərbi məzarlıqlarda dəfn etmək qərarına gəlib. İsrail polisinin mətbuat katibi Lupa Samri tərəfindən verilən yazılı açıqlamada dünən dövlət təhlükəsizlik naziri Gilad Erdanın israillilərlə qarşıdurmalarda ölən fələstinlilərin cənazələrinin ailələrinə verilməməsini nəzərdə tutan təklifin Nazirlər Kabineti tərəfindən qəbul edildiyi qeyd olunub. Qərara görə, polis və əsgərlər tərəfindən öldürülən fələstinlilər İsraildəki hərbi məzarlıqlarda dəfn olunacaq. Dünən İsraildə nazirlər və yüksək rütbəli hərbçilərin iştirakıyla keçirilən iclasda bir sıra qərarlar qəbul olunub. Qəbul olunan yeni qərarlara əsasən İsrail polisi istədiyi vaxt Qüdsdə yolları bağlaya və istədiyi yerləri mühasirəyə ala biləcək. Bundan başqa, israilli mülki vətəndaşlara hücumlar təşkil edən fələstinlilərin evləri söküləcək, yerində yeni evin inşa olunmasına icazə verilməyəcək və onların mülkiyyəti müsadirə ediləcək. / Teqlər : #İsrail qətlə yetirdiyi fələstinlilərin cənazələrini qaytarmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni intifadə başlayandan 27 fələstinli şəhid edilib Nəsrullah: Hizbullah var-gücü ilə Fələstin xalqı və müqavimətin yanında dayanıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar