İsrailli general Qüds valisinin sərbəst hərəkətinə qadağa qoyub 07 Dekabr 2018 10:42 Fələstin İsrail rejimi Qüds valisi Adnan Qeysin İordan çayının qərb sahilinə səfər etməsinə qadağa qoyub. Maide.Az "Felestin.info" istinadla xəbər verir ki, A.Qeys dünən səhər saatlarında Qüdsdə yerləşən Maskubiyyə təcridxanasına çağırılıb və burada ona qərb sahili rayonlarına səfərini növbəti 6 ay müddətə qadağan edən sənəd təqdim edilib. Qadağa əmri İsrail ordusunun mərkəzi komandanlıq rəisi general-mayor Nadav Padan tərəfindən imzalanıb. Sənədə əsasən şəxsən N.Padan tərəfindən icazə verilənədək valinin İordan çayının qərb sahilinə səfəri və burada qalması qadağan edilib. İsrail tərəfi valinin guya qanunsuz və zorakı fəaliyyətlər həyata keçirməsilə əlaqələndirib. Qeyd edək ki, vali Adnan Qeys bundan əvvəl dəfələrlə İsrail rejim qüvvələri tərəfindən həbs edilib, sorğu-suala cəlb edilib. Teqlər : #İsrailli,#general,#Qüds,#valisinin,#sərbəst,#hərəkətinə,#qadağa,#qoyub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail Qüdsdə dərsdən qayıdan iki məktəblini güllələyib HƏMAS Qəzzaya gizli keçən sionist casusların kimliyini ifşa etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar