İsrail əsgərləri fələstinli ailənin evini partlatdı 18 Yanvar 2019 14:49 Fələstin İsrail əsgərlərinin İordan çayının qərb sahilində fələstinli məhbusun evini partladmasından sonra fələstinlilərlə əsgərlər arasında gərginlik yaşanıb. Bu barədə yerli mənbələr məlumat verib. Məlumata görə, İsrail əsgərləri əl-Xəlil şəhərinin Yatta adlı ərazisinə basqın edərək, fələstinli Xəlil Cabbarın (16) ailəsinin yaşadığı 2 mərtəbəli evi partladıb. Evin ətrafında vəziyyətə reaksiya göstərən fələstinlilər ilə İsrail əsgərləri arasında gərginlik yaşanıb. Əsgərlər hadisəyə güllə, rezin güllə, gözyaşardıcı qazla müdaxilə edib. Xatırladaq ki, Cabbar 16 sentyabrda bir yəhudini bıçaqla öldürdüyü ittihamıyla həbs olunmuşdu. /eastnews.org/ Teqlər : #İsrail,#əsgərləri,#fələstinli,#ailənin,#evini,#partlatdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qüdsdə son 4 ildə ilk dəfə qar yağıb Qəzzada böhran: 7 xəstəxana elektrik çatışmazlığı ucbatından işini dayandırıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar