İsmayıl Həniyyə: müqavimət hərakatı və intifada davam dəcək

Fələstin İslam Müqaviməti Hərəkatı (Həmas)ın siyasi bürosunun sədr müavini İsmail  Həniyyə deyib ki,  sionist rejimə qarşı müqavimət və intifada davam edəcək. 
Maide.az Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, İsmail Həniyyə mətbuat konfransında jurnalistlərə deyib ki, Sionist rejimin Qəzzə zolağı, İordan çayının qərb sahili, Beytül-Müqəddəs və digər Fələstin ərazilərində heç bir gələcəyi yoxdur və tezliklə məhv olacaq. 
İsmail Həniyyə bildirib ki, Fələstin xalqı Qüdsü işğal etmiş rejimə qarşı intifada və müqavimətini davam etdirməyə qərar verib.
İ. Həniyyə müqavimət və intifadanın dəstəyə ehtiyacı olduğunu vurğulayıb və hamını intifadanı dəstəkləməyə çağırıb./

Google+ WhatsApp ok.ru