Sülhməramlılar Qarabağda hansı məntəqələrdə yerləşəcək? - Rəsmi XƏRİTƏ 11 Noyabr 2020 13:41 Ölkə Rusiya Müdafiə Nazirliyi Qarabağda və Laçın dəhlizində sülhməramlı qüvvələrin yerləşdiriləcəyi xəritəni dərc edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hərbi missiya şimal və cənub şərti adı altında Dağlıq Qarabağın 2 bölgəsində yerləşdiriləcək. Bundan başqa, Laçın dəhlizi üçün ayrıca xəritə hazırlanıb. Xatırladaq ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları birgə Bəyanatın 3-cü bəndinə əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Teqlər : #Sülhməramlılar,#Qarabağda,#hansı,#məntəqələrdə,#yerləşəcək?,#Rəsmi,#XƏRİTƏ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycanda hansı məhsullar bahalaşıb?