Sionist rejim qüvvələrindən Ramallahda mitinq edən xalqa növbəti hücum - VİDEO

Sionist rejim qüvvələrindən Ramallahda mitinq edən xalqa növbəti hücum - VİDEO

İşğalçı İsrail əsgərləri İordan çayının qərb sahillərində (Qərbi Şəriyə) rejim həbsxanalarında aclıq aksiyası keçirən məhbuslara dəstək üçün etiraz aksiya iştirakçılarına hücum edib, 2 nəfər yaralanıb. 
 
Maide.Az presstv-yə istinadən xəbər verir ki, etiraz aksiyası cümə axşamı günü Ramallah şəhərinin girişində baş tutub. 
Məlumata görə,  İsrail əsgərləri  fələstinlilərin aksiyasını dağıtmaq üçün rezin güllələr və su şırnaqlı  maşınlardan çox pis qoxulu sudan istifadə edib.  
 
Qeyd edək ki, işğalçı İsrail rejimi həbsxanalarında mövcud olan dözülməz şəraitə və inzibati həbslərə etiraz əlaməti olaraq, eləcə də qohumlarla daha artıq görüş imkanının tələbi ilə 2000-dən çox fələstinli məhbus aprelin 17-dən aclıq aksiyasına başlayıb. 
 
İlk öncə aclıq aksiya iştirakçılarının sayı 700 nəfər idi lakin sonradan aclıq aksiya iştirakçılarının sayı getdikcə artdı və hazırda 2000 nəfərdən çoxdur. 
 
Beynəlxalq KİV-lərin məlumatına görə, İsrail rejim Həbsxanalar Təşkilatı fələstinli məhbuslara sərin su içməyi qadağan edib və onları isti su içməyə məcbur edir. 
Xatırladaq ki, hazırda 6500 nəfərdən çox fələstinli işğalçı İsrail rejim həbsxanalarında saxlanılr ki, onlardan 62 nəfəri qadın və 300 nəfəri isə yeniyetmə və uşaqlardır. /

Google+ WhatsApp ok.ru