Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb - FOTO 12 Noyabr 2016 02:00 Hərb Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin birinci mərhələsinə start verilib. Müdafiə Nazirliyindən Maide.Az-a verilən məlumata görə, təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub. Təlimin planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir. "Həyəcan" siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb. Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub. Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir. / Teqlər : #Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstan ordusunda qadınlar - VİDEO Rusiya və Çin İranla hərbi əməkdaşlıqlarını genişləndirir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'