Selfi akuladan daha çox adam öldürür -FOTO

2014-cü il, selfi ili idi və 2015-ci il incəsənət selfi-ləri çəkmək ili kimi qeyd olunur və bu, hal-hazırda təhlükəli bir səviyyəyə çatıb.
İnsanlar selfie çəkdirmək üçün təxminən özlərini ölümə verirlər.
Maide.az xəbər verir ki, Selfi insanların videokamera və ya mobil telefon vasitəsilə özlərini çəkdikləri və sosial şəbəkələrdə yaydıqları fotoşəkillərə deyilir. Rusiyada indiyədək bir neçə insan selfi çəkdirdikləri üçün həyatlarını itiriblər.
Bir dəfə, iki kişi Ural dağlarında əl qumbarasının tətiyini çəkərkən öz fotolarını çəkmək istədikdə həyatlarını itiriblər.
İyun ayında universitetdən yenicə məzun olmuş bir gənc Moskvadakı körpülərdən birindən asılı vəziyyətdə selfie çəkdirmək istəyərkən yıxılaraq ölüb.
Bu yaxınlarda isə Voloqda şəhərində 17 yaşlı bir oğlan instaqram səhifəsi üçün şəkil çəkdirmək istəyərkən dama çıxaraq oradan yıxılıb və həyatını itirib.
Amerikada da yenicə bir kişi kamera qarşısında boynuna tüfəng dayayaraq selfie çəkdirmək istəyərkən özünə atəş açıb və ölüb.
Selfie çəkdirərkən bu il həyatlarını itirənlərin sayı akulanın hücumu nəticəsində ölənlərin sayından çoxdur.
Rusiya Daxili İşlər Nazirliyi də bir neçə ölüm hadisəsindən sonra selfi çəkdirməkdən yaranan ölüm təhlükəsi ilə bağlı xəbərdarlıq məqsədilə kampaniyaya start verib.  /
 
 
 

Google+ WhatsApp ok.ru