`Sübhanəkə Rəbbi, Sübhanək` ibtihalı - VİDEO 03 Sentyabr 2018 01:00 Quran və təfsir İslam dünyasının məşhur misrli "mübtəhil"i Şeyx Əbdüttəvvab Bəsatini avqustun 29-da 72 yaşında Bəsatin kəndində öz evində dünyasını dəyişib. Maide.Az "İQNA"a istinadən xəbər verir ki, mərhum Şeyx Əbdüttəvvab Bəsatini Misrin "Bəni Yusif" əyalətində anadan olub. 13 yaşında ikən Qurani-Kərimi əzbərləyib. İbtihalı Şeyx Əli Məhmud, Nəsruddin Tubar və Seyyid Nəqşbəndi kimi məşhur ustadlardan öyrənib. O, 30 il Misrin televiziya və radiosu ilə həmkarlıq edib. Gözəl səsinə görə, ona "Şeyxul-Münşidinil-Ərəib" (Ərəb nəşid oxuyanlarının şeyxi) ləqəbini verilmişdi. "Sübhanəkə Rəbbi, Sübhanək" ibtihalını (musiqi notları üzərində oxunan münacat, razu-niyaz) ilk dəfə 1985-ci ildə Misrin "Seyyid Saleh Cəfəri" məscidinə "mübtəhil" (ibtihalçı) mərhum Şeyx Əbdüttəvvab əl-Bəsatini oxuyub. Həmin ibtihalın videosunu oxucularımıza təqdim edirik: Teqlər : #`Sübhanəkə Rəbbi,#Sübhanək` ibtihalı VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BÜTÜN XEYİRLƏRİN AÇARI... HƏZRƏT ADƏMİN (Ə) SAKİN OLDUĞU CƏNNƏTLƏ VƏD EDİLMİŞ CƏNNƏTİN FƏRQİ