Satan da narazı, alan da....

Satan da narazı, alan da....

Azadliq.info saytında "Pomidor istehsalçıları pulsuzluqdan şikayətlənir" sərlövhəli məqalə diqqəti çəkir.
 
Müəllif yazır ki, təxminən bir aydır Xaçmaz fermerləri pomidor yığımına başlayıb. Fermerlər deyir ki, Bakıda pomidorun baha satılmasına baxmayaraq, məhsul onlardan ucuz qiymətə alınır.
 
Yazıda bildirilir ki, prosesdən fermerlər kimi, əslində alverçilər də şikayətçidir. Onlar isə şikayətlənir ki, məhsulu rayondan Bakıya aparana kimi çoxlu xərcləri çıxır. Alverçilərin deməsinə görə, yol xərcləri artıb.
 
Yazıda daha sonra yenidən pomidor istehsalçılarının qayğılarına yer verilir:
"Əvvəllər başqa məhsullar yetişdirdik. Baxdıq ki, bazarı yoxdur, yenidən pomidor istehsalına keçdik. 6-7 ay işləyirsən, sonra da topdansatış adamları 35 kiloqramı 8 manata alırlar. 10 manat deyəndə bizə deyirlər ki, baha satırsınız. Bakıya isə yoldakı "əlavə" xərclərilə 12 manata gedib başa çatır. Amma çıxış yolu var və bu, dövlətdən asılıdır. Dövlət nəzarət etsə, sürücüləri yollarda sıxışdırmasalar, bəlkə biz fermerlərə də yaxşı olar".
 
Fermerlər deyib ki, 35 kiloqram məhsulu 8 manata satmaq onlara bir elə də sərf etmir.
 
Yazıda malı bir yerdən alan alverçilərin də arqumentlərinə yer verilib:
"20 ildir Bakıya meyvə-tərəvəz aparırıq. Yeşiyini və ya 35 kilosunu 7-8, 10 manata aldığımız pomidoru 15 manata sata bilirik. Burdan gəlirsən, yol xərci, bazar pulu… 1-2 manat qalır, bəzən ziyan olur". /

Google+ WhatsApp ok.ru