Samara-Bakı aviareysi üzrə birbaşa uçuşlar -gələn ildən 24 Dekabr 2019 11:52 Ölkə Gələn ilin yanvar ayının 15-dən etibarən Rusiyanın Samara şəhərindən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara start veriləcək. Bu barədə "APA-Economics" sözügedən şəhərin Kurumoç beynəlxalq hava limanına istinadən xəbər verir. Aeroportun məlumatına görə, "IrAero" aviaşirkəti tərəfindən həyata keçirəcək aviareysin uçuş müddəti 1 saat 50 dəqiqə təşkil edəcək. Uçuşlar həftədə bir dəfə – çərşənbə günü "Sukhoi Superjet 100" təyyarəsi ilə yerinə yetiriləcək. Teqlər : #SamaraBakı,#aviareysi,#üzrə,#birbaşa,#uçuşlar,#gələn,#ildən, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Azəriqaz’ qazdan istifadə limitinin sıfırlanmasına aydınlıq gətirilib Sabahın hava proqnozu açıqlanıb